Aztelekom
Yüklənir
AZ

Bütün Xəbərlər

“Aztelekom” MMC müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib“Aztelekom” MMC müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib

Xəbər verdiyimiz kimi, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.

İvanovka və Lahıcda GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıbİvanovka və Lahıcda GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən İsmayıllı rayonunun İvanovka kəndi və Lahıc qəsəbəsində GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb.

“Aztelekom” MMC-nin CDMA simsiz telefon rabitəsi xidmətləri abunəçilərinin nəzərinə“Aztelekom” MMC-nin CDMA simsiz telefon rabitəsi xidmətləri abunəçilərinin nəzərinə

CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyi nəzərə alınaraq və dünya təcrübəsinə əsaslanaraq xidmət 31 avqust 2022-ci il tarixindən dayandırılacaq.

“Aztelekom” MMC infrastruktur xidmətlərinin tariflərini təkmilləşdirir“Aztelekom” MMC infrastruktur xidmətlərinin tariflərini təkmilləşdirir

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanının icrasını təmin etmək istiqamətində “Aztelekom” MMC tərəfindən müvafiq işlər görülməkdədir.

GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır və internetin sürəti artırılırGPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır və internetin sürəti artırılır

İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. Abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.

“Aztelekom” MMC-nin “107” sifariş xidmətinin fəaliyyəti dayandırılacaq“Aztelekom” MMC-nin “107” sifariş xidmətinin fəaliyyəti dayandırılacaq

Abunəçilərin diqqətinə çatdırırıq ki, “Aztelekom” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması və xidmət keyfiyyətinin  artırılması məqsədilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərini sifariş əsasında göstərən “107” xidmətinin fəaliyyətini 06.07.2022-ci il tarixindən etibarən dayandırır.

Qəza hadisəsiQəza hadisəsi

19 may 2022-ci il saat 09:00 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində “Aztelekom” MMC-nin Şirvan regional filialının Şamaxı şöbəsinin Çuxuryurd kənd elektrik montyoru vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Tanrıverdiyev Cahangir Soltan oğlu bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

Axtarış

×