Müştərilərin rahatlığı və məmnunluğunu təmin etmək üçün müraciətlərin Avtomat Telefon Stansiyası (ATS) və filiallardan Çağrı Mərkəzi ilə yanaşı, müxtəlif onlayn platformalara yönləndirilməsi geniş şəkildə təşviq edilir. Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk yarısında qurumun saytı, müvafiq sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı vasitəsilə daxil olan 44000-ə qədər sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 69% çoxdur.
Daima xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək. Şirkət GPON (Fiber-optik) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.
Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.