“Aztelekom” MMC Şamaxı rayonunu yüksəksürətli internetlə təmin edir
“Aztelekom” MMC Şamaxı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 81%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
“Aztelekom” MMC Şamaxı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 81%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
“Aztelekom” MMC Balakən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 96%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə də şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb və vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Yeni qoşulmalar davam etdirilir.
“Aztelekom” MMC-nin “Onlayn Azərbaycan” layihəsində iştirak edən əməkdaşlarının və podratçı şirkət əməkdaşlarının təhlükəsizlik texnikası sahəsində maarifləndirilməsi və təkmilləşdirilməsi məqsədilə səyyar təlimlərə başlanılıb.
Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatından 20 il ötür. “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin kollektivlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
“Aztelekom” MMC Yevlax şəhərində, Aran qəsəbəsində, Yevlax rayonunun Cırdaxan, İrəvanlı, Hacıselli, Havarlı, Marzılı, Nərimanabad, Duzdağ, Nemətabad, Qoyunbinəsi, Malbinəsi, Kolanı və Aşağı Salamabad kəndlərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
“Baktelecom” və “Aztelekom” kollektivi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramını qeyd edib.
“Aztelekom” MMC öz istedad və bacarıqlarını nümayiş etdirmək və karyerasına qurumun komandasında davam etmək istəyən hər kəsə bərabər imkanlar təqdim edir. Bu məqsədlə şirkətdə 10-dan çox vakansiya üzrə iş imkanı yaradılıb.
“Aztelekom” tərəfindən “Onlayn Azərbaycan” layihəsində iştirak edən SƏTƏMM mühəndislərinə təlim keçirilib.
“Bakı Telefon Rabitəsi” MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində 1 noyabr tarixində “Baktelecom”, “Aztelekom” və “AzEuroTel”də işləyən I Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid olmuş əməkdaşların ailə üzvləri, həmçinin ailə üzvü şəhid olmuş bir qrup əməkdaşlar üçün “Zəfər yolu” turu təşkil edilib.