“Aztelekom” MMC hazırda baş ofisin Kommersiya Departamentinə Korporativ müştərilərə dəstək üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
Korporativ müştərilərə telefon vasitəsi ilə və ya canlı görüşərək xidmət vermək;
Mövcud müştərilərə yeni xidmət və məhsulların təklif edərək satmaq;
Müştərı axının qarşısını almaq üçün təkliflər irəli sürmək;
Borclu abunəçilər ilə əlaqə saxlamaq və bununla bağlı rəhbərinə hesabat təqdim etmək;
Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət etmək;
Departamentin digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərmək;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
Ali Təhsil;
Müştəri Xidmətləri sahəsində azı 2 illik əmək stajı;
Azərbaycan, rus dillərini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
Peşəkar ünsiyyət psixologiyasını bilməli;
Stressə davamlı olmalı;
İnsanları inandırmaq vasitələrini bilməli;
Müştərini diqqət mərkəzində saxlamalı;
Müştəri Xidmətlərinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalı;
Kompüter bilikləri üzrə: MS Office (Word, Excel, PowerPoint) və Outlook programlarını mükəmməl bilməli;
Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyəti arzuolunandır;
İşgüzar yazışma əsaslarını bilməli;
İŞ ŞƏRAİTİ
Əmək müqaviləsi;
Rəqabətli əmək haqqı;
Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri;
Peşəkar həmfikirlər komandası;
Peşəkar inkişaf və karyera imkanları.
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Korporativ müştərilərə dəstək üzrə mütəxəssis) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Axtarış
×
Onlayn müraciət
Xidmətlərlə bağlı online müraciət etmək üçün aşağıda qeyd olunan formanı doldurub göndərə bilərsiniz.