“Aztelekom” MMC tərəfindən təqdim edilən “153 tibbi məlumat və aptek axtarışı (pharm-inform)” xidməti öz aktuallığını itirməsi səbəbi ilə 1 dekabr 2025-ci il tarixindən etibarən fəaliyyətini dayandıracaq.
Rəqəmsal platformaların sürətli inkişafı nəticəsində tibbi məlumat və aptek axtarışı kimi xidmətlərin onlayn platformalar və apteklərin rəsmi səhifələri vasitəsilə daha əlçatan olması telefonla məlumat verilməsinə olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldıb. Bu səbəbdən “153 (pharm-inform)” xidmətinin dayandırılması rəqəmsallaşma və yenilənmə prosesinin məntiqi davamı olaraq həyata keçirilir.
İstifadəçilər üçün daha rahat və innovativ həllərin tətbiqinə üstünlük verən “Aztelekom” Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verməyə davam edəcək.
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.