“Aztelekom” 2 beynəlxalq mükafata layiq görüldü

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə 2 nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Belə ki, şirkət Parisdə keçirilmiş Beynəlxalq Konqres çərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən “Broadband for Digital Inclusion Excellence” mükafatı ilə təltif edilib. Bu mükafat internet xidmətlərinə bərabər çıxış imkanlarının yaradılması, genişzolaqlı bağlantının regionlara yayılması və rəqəmsal bərabərliyin təmin olunması istiqamətində “Aztelekom”un həyata keçirdiyi layihələrin yüksək qiymətləndirilməsidir. GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının genişmiqyaslı tətbiqi, internet sürətinin yüksəldilməsi və xidmət keyfiyyətinin artırılması bu uğurun əsasını təşkil edir.

Eyni zamanda şirkət “HUAWEI Product Line” tərəfindən təqdim olunan “Best Practice of Net 5.5G Converged IP Network” mükafatına layiq görülüb. “IPv6 Forum” tərəfindən təsdiqlənmiş bu mükafat “Aztelekom”un 400GE interkonnekt texnologiyasının tətbiqi, şəbəkə avtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılması sahəsində qabaqcıl rolunu təsdiqləyir.

“Aztelekom”un bu uğurları ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfənin, qabaqcıl texnologiyaların tətbiqindəki lider mövqeyinin və beynəlxalq səviyyədə artan nüfuzunun bariz göstəricisidir. Şirkət bundan sonra da Azərbaycanın rəqəmsal gələcəyinin qurulması və genişzolaqlı internet xidmətlərinin daha əlçatan olması istiqamətində fəaliyyətini davam etdirəcək

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub
2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.