Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Aztelekom” MMC-nin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Ziyarət zamanı soyqırımda həyatını itirmiş vətəndaşlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Xalqımızın yaddaşında silinməz iz qoymuş bu faciə eyni zamanda milli həmrəyliyimizin və mübarizə əzmimizin də rəmzidir. Tarixi həqiqətlərin yaşadılması “Aztelekom”un korporativ sosial məsuliyyət yanaşmasının mühüm istiqamətlərindən biridir.
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.