“Aztelekom” MMC Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv olub. Bu üzvlük şirkətin biznes əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və korporativ əməkdaşlıqların inkişafı baxımından mühüm addımdır.
Telekommunikasiya sahəsində uzunillik təcrübəyə və ölkə üzrə geniş şəbəkə əhatəsinə malik olan “Aztelekom” fərdi və korporativ müştərilər üçün müxtəlif rəqəmsal həllər təqdim edir. ATİB üzvlüyü isə şirkətə müxtəlif sahələr üzrə fəaliyyət göstərən çoxsaylı biznes tərəfdaşları ilə daha yaxından əməkdaşlıq etmək imkanı verəcək.
Bu əməkdaşlıq çərçivəsində “Aztelekom”un korporativ satış istiqamətində imkanlarının genişlənməsi, yeni layihələrin formalaşması və biznes əlaqələrinin daha da güclənməsi gözlənilir.
Cəmiyyət bundan sonra da innovativ yanaşmalarla bazarda mövqeyini möhkəmləndirməyi və tərəfdaş şəbəkəsini genişləndirməyi hədəfləyir.
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.