“Aztelekom” MMC-də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Gəncləri Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təsis olunmasının tarixi əhəmiyyəti vurğulanıb, Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı xüsusi qeyd edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin intellektual və peşəkar inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində fəaliyyətində fərqlənən bir qrup əməkdaş mükafatlandırılıb.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib.
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.