“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

“Aztelekom” yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

AZCON Holding şirkətlərindən olan “Aztelekom”un baş direktor vəzifəsini icra edən Həsən Ömərov və şirkətin Şəbəkə texnologiyaları departamentinin rəhbəri Şəhriyar Ağayev “Telecom Review” saytına müsahibə veriblər.

H.Ömərov öz müsahibəsində şirkətin cari nailiyyətləri və gələcək planları ilə bağlı sualları cavablandırıb. O, Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA) tərəfindən verilən “Gigacity Champion” mükafatının “Aztelekom”un rəqəmsal transformasiya öhdəliyinə sadiqliyinin və uzunmüddətli vizyonunun təsdiqi olduğunu vurğulayıb.

10G PON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran Şəhriyar Ağayev bildirib ki, “Aztelekom”un bu istiqamətdə gördüyü işlər şirkətin davamlı rəqəmsal infrastrukturun qurulmasına dair strateji öhdəliyini əks etdirir. Ş.Ağayev, həmçinin qeyd edib ki, 10G və 50G PON kimi texnologiyalar bizə yaxın gələcəkdə ultrasürətli, etibarlı və genişzolaqlı sürət təqdim etməyə imkan verəcək və yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradacaq.

Məlumat üçün bildirək ki, “Gigacity Champion” mükafatı son bir il ərzində “Aztelekom”un təltif olunduğu üçüncü beynəlxalq mükafatdır.

Qeyd edək ki, 10G və 50G PON texnologiyaları optik şəbəkələrdə müvafiq olaraq 10 Gbps və 50 Gbps sürətlə internet və məlumat ötürülməsini təmin edən yeni nəsil genişzolaqlı rabitə sistemləridir. Bu texnologiyalar xüsusilə yüksək istifadəçi tələbatı olan bölgələrdə daha sürətli, sabit və yüksəktutumlu bağlantılar təqdim etmək üçün istifadə olunur.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub
2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.