“Aztelekom”da 27 Sentyabr – Anım Günü qeyd olunub

“Aztelekom”da 27 Sentyabr – Anım Günü qeyd olunub

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin bir qrup əməkdaşı 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran əsgər və zabitlərimizi dərin ehtiramla yad edib.

“Aztelekom” MMC-nin inzibati binasında baş tutan anım mərasimində şəhid əməkdaşların müəssisədəki xatirə lövhəsi önünə gül çələngi qoyulub, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla anır, kollektivimiz adından yaxınlarına səbir diləyirik.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.