“Aztelekom”un dəstəyi ilə Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

“Aztelekom”un dəstəyi ilə Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

“Aztelekom” MMC aprelin 26-da keçiriləcək “4-cü İllik SƏTƏMM Konfransı”nın premium dəstəkçisi qismində çıxış edir. 2019-cu ildən etibarən təşkil olunan bu konfrans 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunur. “Hyatt Regency Baku” hotelində keçiriləcək tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Konfransda əməyin təhlükəsizliyi, keyfiyyət və digər aktual məsələlər müzakirə ediləcək və SƏTƏMM sahəsində ən yaxşı təcrübələr təqdim olunacaq.

Qeyd edək ki, “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.