Barselonada keçirilən Mobil Dünya Konqresində “Aztelekom”a “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edildi

Barselonada keçirilən Mobil Dünya Konqresində “Aztelekom”a “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edildi

Martın 5-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edilib. Bu nüfuzlu mükafat internetin sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən verilib.

Mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən konqres çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüş zamanı baş tutub. Mükafat 2024-cü ilin 3-cü və 4-cü rüblərində ölkə üzrə aparılmış sürət testlərinin nəticələrinə əsasən təqdim edilib. “Ookla”® şirkəti bu barədə 27 fevral 2025-ci il tarixində dərc etdiyi rəsmi hesabatında məlumat verib.

Hesabat ölkə üzrə 300 000-dən çox abunəçinin müxtəlif cihaz və tətbiqlər vasitəsilə keçirdiyi 4,5 milyona yaxın sürət testinə əsaslanıb. Testlərin nəticələrinə əsasən, ölkə üzrə ən yüksək yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub.

Qeyd edək ki, hər il GSMA tərəfindən təşkil olunan “MWC Barcelona” sərgisi süni intellekt, “IoT”, 5G, “bulud” texnologiyaları və digər rəqəmsal innovasiyalar sahəsində dünyanın aparıcı şirkətləri, startapları və ekspertlərini bir araya gətirir.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.