Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-də Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları inzibati binada Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb.

Çıxışlarda Ümummilli Liderin ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin formalaşması və inkişafına verdiyi misilsiz töhfələr xüsusi qeyd olunub.

Bildirilib ki, Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasəti Azərbaycanda müasir rabitə infrastrukturunun formalaşmasına və bu sahənin davamlı inkişafına əsas yaradıb.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.