Xankəndi şəhərində məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Xankəndi şəhərində məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış məntəqələri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.

Belə ki, GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.

Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xankəndi şöbəsinə (ünvan: Xankəndi şəhəri), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərdə 1000 km-dən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib. Həmçinin Xankəndi şəhərində də müasir avadanlıqlar quraşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlər çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub
2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.