Dəyərli abunəçilərimiz!
Aparılan təkmilləşdirmə işləri ilə əlaqədar olaraq 11.10.2024-cü il saat 03:00-08:00 aralığında təqdim etdiyimiz xidmətlərdə kəsintilər baş verə bilər.
Anlayışınız üçün təşəkkür edirik!
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.