Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm nəticələr verib. Belə ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.

Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.

Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb.

“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.