“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.
Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış qlobal şirkət “Ookla” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinə həsr olunmuş analitik məqalə dərc edib. “Ookla”nın mütəxəssisləri tərəfindən aparılan araşdırmalar, açıq mənbələrdən əldə edilmiş məlumatlar və müvafiq sahə üzrə nüfuzlu ekspertlərin rəyləri əsasında hazırlanmış məqalədə layihənin əhəmiyyəti bir neçə aspektdən təhlil olunub. Şəhər mərkəzləri ilə ucqar ərazilər arasında rəqəmsal uçurumun aradan qaldırılmasının ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edərək 3751 metr hündürlüyü olan Heydər Zirvəsinə qalxıb.
Aprelin 26-da Bakıda keçirilmiş “4-cü İllik SƏTƏMM Konfransı”nda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC premium dəstəkçi qismində iştirak edib. 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) daxil olmaqla bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilir.
17-19 aprel tarixlərində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Həsən Ömərovun rəhbərlik etdiyi heyət Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub və ölkənin aparıcı telekommunikasiya operatorları “Türkcell” və “Türk Telekom” şirkətlərində məhsuldar görüşlər keçirib.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb. “GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.