"Aztelekom" müştərilərinə ADSL və ya fiber optik kabel vasitəsilə yeni interaktiv televiziya xidmətini təqdim edir. Abunəçilər IPTV sistemi ilə ev şəraitində 150 yerli və xarici televiziya kanalını izləmə, görüntünü istənilən vaxtda dayandırma və geriyə çəkmə, üç günlük arxivdən izləmə imkanından yararlana bilərlər. Bunun üçün evdə sadəcə yüksəksürətli internet xidmətinin olması kifayətdir.
Analoq TV ilə müqayisədə IPTV-də təsvirin və səsin daha yüksək keyfiyyətli olması kimi üstünlükləri var.