Aztelekom
Yüklənir
AZ

İsmayıllı rayonunda təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC İsmayıllı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, İsmayıllı şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 10235 təsərrüfatdan 6994 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Xələnc, Talıstan, Cülyan, Xanagah, Göytəpə, Mücühəfətəran, Ruşan, Vəng, Hacıhətəmli, Kürd Eldarbəyli, Mollisaqlı, Gideyli, Qalagah, Soltankənd, Uştal, İvanovka, Balik, Aşıqbayramlı, Enişdibi, Talış, Qarakolluq, Hapıtlı, Yenikənd, Şükürçü, Uştalqışlaq, Girk, Kəlbənd, Lahıc, Qaraqaya, Gəndov, Namazgah, Ərəgit, Əhən, Topçu, Buynuz, Qurbanəfəndi, Qubaxəlilli, Gəraybəyli, Əyyubbəyli, Xəlilli, Kölüllü 1, Kölüllü 2, Aşağı  Zərnəva, Diyallı, Yuxarı Diyallı, Sədiyan, Güyüm, Təzəkənd, İkinci Yeniyol, Birinci Yeniyol, Ağbulaq, Qoşakənd, Tircan və Maçaxı kəndlərində 15442 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 80%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 12393 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.

Axtarış

×