“Aztelekom” MMC-nin baş ofisində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səslənib.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıblar.
Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar olaraq II Fəxri xiyaban və şəhid əməkdaşlarımız Nail Orucov, Şəhriyar Qasımov və Nurəhməd Ulubəyovun məzarları ziyarət edilib.