“Aztelekom” MMC-də Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları inzibati binada Ümummilli Liderin büstü önünə əklil və gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin telekommunikasiya sahəsinin inkişafına verdiyi misilsiz töhfələrdən danışılıb. Çıxış edənlər Heydər Əliyevin uzaqgörən siyasətinin Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlara zəmin yaratdığını vurğulayıblar.