Aztelekom
Yüklənir
AZ

“Aztelekom”da Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

“Aztelekom” MMC-də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

İştirakçılar Azərbaycan Gəncləri Gününün MDB məkanında və Şərqi Avropa dövlətləri arasında ilk dəfə ölkəmizdə qeyd olunmasından, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfədən danışıblar.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra qurumun fəaliyyətində uğur qazanmış bir qrup əməkdaş mükafatlandırılıb.

Qeyd edək ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edilib.

Axtarış

×