Aztelekom və Baktelecomun 2025-ci ilin I rübü üzrə keçirilən ümumi RNPS sorğusunda toplam 2000 respondentlə uğurlu sorğu həyata keçirilmişdir. Keçirilən sorğunun nəticəsinə əsasən NPS nəticəsi 49.55% olmuşdur. Respondentlərin cinsiyyətə görə kateqoriyasına əsasən 69.20%-ni kişilər, 30.80%-ni isə qadınlar təşkil etmişdir. Kişilərin üstünlük təşkil etdiyi bu sorğuda cinsiyyətə görə NPS nəticələri müqayisə edildikdə, qadınların kişilərlə müqayisədə daha aşağı nəticə göstərdikləri müşahidə olunmuşdur. Belə ki, kişi respondentlərin NPS nəticəsi 51.66%, qadın respondentlərin NPS nəticəsi isə 44.81% olmuşdur.
| Razı müştərilər | (%) | Neytral müştərilər | (%) | Narazı müştərilər | (%) | Ümumi | (%) | NPS nəticəsi |
Kişi | 896 | 70.94% | 307 | 66.02% | 181 | 66.54% | 1384 | 69.20% | 51.66% |
Qadın | 367 | 29.06% | 158 | 33.98% | 91 | 33.46% | 616 | 30.80% | 44.81% |
Ümumi | 1263 | 465 | 272 | 2000 | 49.55% |