“Aztelekom” MMC hazırda baş ofisin Təchizat və Satınalma şöbəsinə Texniki sifarişlər üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
Sifarişləri qəbul edir və satınalmanı həyata keçirir;
Daxili və xarici bazarlardan texniki malların təchizatının təşkili prosesində iştirak etdir;
Potensial tədərükçiləri axtarır, təkliflərin öyrənilməsi üzrə marketinq araşdırmalarını aparır və onlarla danışıqlar aparır;
Texniki təchizat prosesində birbaşa iştirak edir;
Tədarükçülərdən kommersiya təkliflərini toplayır, qiymətləndirmə cədvəllərini tərtib edir;
Yekun satınalma şərtlərini tədarükçülər ilə razılaşdırır;
Satınalma ilə bağlı sənədləri hazırlayır;
Tədarükçülər ilə bağlı hər hansı dəyişiklikləri olması barəsində zamanında bir başa rəhbərinə məlumat verir;
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
Ali Texniki Təhsilli;
Təchizat sahəsində 5 il (xususi ilə Telekommunikasiya şirkətlərində) əmək stajına malik olmalıdır;
Telekommunikasiya proseslərini mükəmməl bilməlidir;
Telekommunikasiya mallarının, avadalıqlarının xüsusiyatlərini mükəmməl bilməlidir;
Azərbaycan, rus dillərini mükəmməl bilməlidır, ingilis dili arzuolunandır;
Standart müqavilələr və onların bağlanma qaydalarını;
Mal qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
Təchizatın təşkili prinsiplərini bilməlidir;
Stressə davamlı olmalıdır;
Sahasinə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
Kompüter bilikləri üzrə : MS Office və Outlook (xüsusi ilə Exel) programlarını mükəmməl bilməlidir;
Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə arzuolunandır;
Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
İşgüzar yazışma əsaslarını bilməlidir.
İŞ ŞƏRAİTİ
Əmək müqaviləsi;
Rəqabətli əmək haqqı;
Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
İş yeri: Bakı şəhəri;
Peşəkar həmfikirlər komandası;
Peşəkar inkişaf və karyera imkanları;
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Texniki sifarişlər üzrə mütəxəssis) qeyd etməyinizi xahiş edirik: E-ünvan: hr@aztelekom.az e-ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Search
×
Online request
In order to apply online for getting information on the services, you can fill in the form below and send it.