27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı.
Şirkətin inzibati binasında şəhid əməkdaşların xatirə lövhəsi önünə gül dəstələri qoyuldu, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edidi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.