İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.
Sorğuda internetin sürəti və dayanıqlılığı, qiymət və keyfiyyət uyğunluğu, texniki nasazlıqların aradan qaldırılması və müraciətlərin cavablandırılması ilə bağlı suallar yer alır.
Anonim sorğu 6 bölmə üzrə 20-dən çox sualdan ibarətdir, cavablandırılması bir neçə dəqiqə vaxt aparır.
Sorğu 20 sentyabr 2026-cı il tarixinədək davam edir.
Keçid: https://forms.gle/hrquwN8vVYbjaU739
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.