20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Aztelekom” MMC nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
20 Yanvar şəhidlərinin qəhrəmanlığı milli iradəmizin bariz nümunəsidir. Bu tarixi irsin gələcək nəsillərə ötürülməsi “Aztelekom”un korporativ məsuliyyətinin vacib hissəsidir.
8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib. 8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib. Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, o cümlədən şəhid olmuş “Aztelekom” əməkdaşları Nail Orucov, Şəhriyar Qasımov və Nurəhməd Ulubəyovun məzarları ziyarət edilib, əziz xatirələri yad olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.