Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb.

“GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir, həmçinin oyun sənayesinə daxil olmaq və bazarın liderləri ilə birbaşa əlaqə qurmaq istəyən gənc mütəxəssislər, tələbələr və həvəskarlar üçün də əhəmiyyətli imkanlar yaradıb. Belə ki, ayrılmış xüsusi zonada iştirakçılara mentorluq və karyera məsləhətləri, tanınmış mütəxəssislər tərəfindən keçirilən master-klaslar, tanışlıq və əlaqə imkanları təqdim olunub.

“Aztelekom”un “GAMESUMMIT” tədbirinə verdiyi dəstək şirkətin innovasiya və yaradıcılığa verdiyi önəmi, eləcə də “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun şəkildə ölkəmizdə sürətlə inkişaf edən rəqəmsal ekosistemə töhfə vermək niyyətini əks etdirir. “Aztelekom” oyun həvəskarlarını, tərtibatçıları və rəqəmsal istedadları bir araya gətirən bu kimi platformaları təşviq etməklə yeni nəsil texnologiya mütəxəssislərini həvəsləndirmək və yüksəksürətli bağlantının açdığı imkanları geniş auditoriyaya nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC son bir ildə 3 müxtəlif nüfuzlu beynəlxalq mükafata (“Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award”, “Gigacity Champion”) layiq görülüb. Hər üç mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

Digər xəbərlər

“Aztelekom” rəhbərliyi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib
“Aztelekom” rəhbərliyi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib. 8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib. Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, o cümlədən şəhid olmuş “Aztelekom” əməkdaşları Nail Orucov, Şəhriyar Qasımov və Nurəhməd Ulubəyovun məzarları ziyarət edilib, əziz xatirələri yad olunub.

Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub
"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anıldı.