Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər 2025-ci il ərzində vətəndaş müraciətlərinin idarə olunmasında mühüm nəticələr verib. Belə ki, qurumun rəsmi internet saytı və sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

Müraciət və zənglərin sayında qeydə alınan azalma 2021 – 2024-cü illərdə icra edilmiş “Onlayn Azərbaycan” meqalayihəsi çərçivəsində infrastrukturun yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.

Regionlar üzrə onlayn platformalar vasitəsilə 83 mindən çox sorğu emal olunub ki, bu da ötən illə müqayisədə 30 faiz azalma deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 43 minədək təşkil edib və müraciətlərin sayında 39 faiz azalma qeydə alınıb.

Eyni zamanda 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə daxil olan zənglərin sayında da müsbət dəyişiklik müşahidə olunub. Regionlar üzrə 711 mindən çox zəng qəbul edilib ki, bu göstərici əvvəlki illə müqayisədə 31 faiz azalıb. Bakı şəhəri üzrə isə 578 mindən artıq zəng cavablandırılıb və zənglərin sayında 15 faiz azalma qeydə alınıb.

 

“Aztelekom” MMC vətəndaşlara daha rahat, əlçatan və dayanıqlı xidmətlərin göstərilməsi məqsədilə bu istiqamətdə fəaliyyətini davam etdirir.

Digər xəbərlər

“Aztelekom” rəhbərliyi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib
“Aztelekom” rəhbərliyi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib. 8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib. Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, o cümlədən şəhid olmuş “Aztelekom” əməkdaşları Nail Orucov, Şəhriyar Qasımov və Nurəhməd Ulubəyovun məzarları ziyarət edilib, əziz xatirələri yad olunub.

Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub
"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anıldı.