Telefon və internet xidmətinə qoşulmaq üçün veb-sayt üzərindən onlayn, 170 Çağrı Mərkəzi ilə və ya yaşadığınız bölgədə "Aztelekom"un Telekommunikasiya Qovşağına müraciət edə bilərsiniz.

Telefon və internet xidmətinə qoşulmaq üçün veb-sayt üzərindən onlayn, 170 Çağrı Mərkəzi ilə və ya yaşadığınız bölgədə "Aztelekom"un Telekommunikasiya Qovşağına müraciət edə bilərsiniz.
GPON (Fiber-optik) xidmətinə qoşulma şərtləri ilə bağlı məlumatı “Qoşulma şərtləri” bölməsindən əldə edə bilərsiniz.
Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin bir sıra üstünlükləri mövcuddur. Əsas üstünlükləri:
Əlavə məlumat əldə etmək üçün rəsmi səhifəmizin “Ayrılmış xətt” bölməsinə daxil ola bilərsiniz.
"Aztelekom"un Telekommunikasiya Qovşaqlarının yerləşdiyi ünvan haqqında məlumat əldə etmək üçün rəsmi səhifəmizin “Xidmət nöqtələri” bölməsinə daxil ola bilərsiniz.
Fərdi müştərilər üçün:
"Tackart" vasitəsi ilə sabit telefon şəbəkəsi üzərindən həm bölgələrdən, həm də Bakı şəhərindən istədiyiniz yerə zəng etmək mümkündür. Bu kartların bir sıra üstünlükləri mövcuddur:
- Sabit telefon şəbəkəsi üzərindən edilən mobil, şəhərlərarası və beynəlxalq zənglərə görə borc hesablanmır.
- Telefonun balansına daima nəzarət etmək imkanı
- Telefonun “0” çıxışı bağlı olduğu halda belə mobil, şəhərlərarası və beynəlxalq zənglər etmək mümkündür.
Əlavə məlumat əldə etmək üçün rəsmi səhifəmizin Tackart bölməsinə daxil ola bilərsiniz.
İnternet xidmətində sürət dəyişikliyi etmək üçün yaşadığınız bölgədə "Aztelekom"un Telekommunikasiya Qovşağına ərizə və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etməklə və ya onlayn müraciət edə bilərsiniz
İnternet xidmətinə qoşulma 3 iş günü ərzində həyata keçirilir.
Hüquqi şəxslər aylıq ödənişlərini e-qaimə fakturaya əsasən, banklarda, RXM-lərdə, poçt şöbələrində, onlayn və yaxud istənilən ödəniş terminalları vasitəsilə icra edə bilərlər.