Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

Rayonun 1,950 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Suqovuşan qəsəbəsi, Həsənriz, Vəngli, Kolatağ, Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ və Talış yaşayış məntəqələrində 1,768 ədəd rabitə dirəyi basdırılıb, 334 km müxtəlif tipli fiber-optik kabel çəkilib və 9 ədəd OLT (Optik Xətt Terminalı) stansiyası quraşdırılaraq istifadəyə verilib. Bu ərazilərdə telekommunikasiya xidmətləri 868 ev təsərrüfatını və 68 biznes subyektini əhatə edir.

Qarabağ regionu üzrə 2026-cı il üçün nəzərdə tutulan mərhələ çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 1,000 kilometrdən çox olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir.

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 11 şəhər, 54 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub, 12,267 yeni abunəçi (11,596 ev təsərrüfatı və 671 biznes subyekti) şəbəkəyə qoşulub.

Beləliklə, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfatı və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir.

Xidmətlərə qoşulmaq istəyən vətəndaşlar “Aztelekom”un “170” Çağrı mərkəzinə, Ağdərə şöbəsinə və ya qurumun rəsmi saytına müraciət edə bilərlər.

Digər xəbərlər

"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub
"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anıldı.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.
İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub