“Aztelekom” MMC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

“Aztelekom” MMC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-də müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbirdən əvvəl şirkətin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. “Aztelekom”un inzibati binasında davam edən iclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz tarixi xidmətləri, ölkənin sosial-iqtisadi yüksəlişinin əsasını təşkil edən strateji siyasəti xüsusi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Ulu Öndərin bu uzaqgörən siyasəti ölkədə bir çox sahələrlə yanaşı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üçün də möhkəm əsaslar yaradıb. Onun müəyyənləşdirdiyi kurs bu gün də Azərbaycanın rəqəmsal inkişafı və müasir texnoloji infrastrukturunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər xəbərlər

"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub
"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anıldı.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.
İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub