“Aztelekom” rəhbərliyi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib

“Aztelekom” rəhbərliyi Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə “Aztelekom” MMC-nin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.

Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, o cümlədən şəhid olmuş “Aztelekom” əməkdaşları Nail Orucov, Şəhriyar Qasımov və Nurəhməd Ulubəyovun məzarları ziyarət edilib, əziz xatirələri yad olunub.

“Aztelekom” MMC bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, ailələrinə səbir, qazilərimizə möhkəm cansağlığı diləyir!

Digər xəbərlər

Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.

"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub
"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anıldı.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.
İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.