“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.

Məqsəd şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.

Layihə çərçivəsində növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində keçirilib.

Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim olunub.

İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib. Təlimə, həmçinin Şəki rayonunun Baltalı - kəndinin müəllim və şagirdləri də qatılıblar.

Növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, layihə bu günədək Qusar və Lənkəran rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib. 

Digər xəbərlər

"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub
"Aztelekom"da 27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar “Aztelekom” MMC-də Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anıldı.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.
İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu keçirir.

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub