Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir. Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin bir qrup əməkdaşı 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran əsgər və zabitlərimizi dərin ehtiramla yad edib.
Ölkə üzrə xidmətlərin daha çevik və səmərəli təşkili məqsədilə AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib. Bu dəyişikliklər idarəetmənin optimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılması və infrastrukturun səmərəli idarə olunması məqsədini daşıyır.