IP/SIP telefoniya
SIP (Session Initiary Protocol) səsli və video zənglərin real vaxt rejimində ötürülməsini təmin edir. Xidmət xüsusilə bizneslər üçün uyğun olub, eyni anda istənilən sayda danışıq xəttindən istifadə etməyə və kommunikasiya prosesini daha rahat idarə etməyə imkan verir. SIP protokolu səs keyfiyyətini itirmədən, real vaxt rejimində audio və video ismarışlarının internet üzərindən mübadiləsini mümkün edir.
Xidmətə qoşulmaq üçün "Aztelekom"un sizə yaxın Telekommunikasiya Qovşağına və ya [email protected] e-poçt ünvanı ilə müraciət edə bilərsiniz.