Haqqımızda
Haqqımızda

Haqqımızda

İnsanların həyat keyfiyyətinin artırılması üçün bütün ölkə daxilində rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim edirik.

Tariximiz

Ölkənin ilk telefonlarından rəqəmsal Azərbaycana doğru.

1881

Azərbaycanda telefon rabitəsi “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır.

1992

Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır.

2005

Vətəndaşların stasionar telefonlardan daha rahat ünsiyyətinin təmin edilməsi məqsədi ilə Aztelekom tərəfindən portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir.

2015

"Aztelekom" İstehsalat Birliyi müştəri yönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir.

2019

"Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə ISO 9001:2015 sertifikatını əldə edib.

1933

Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır.

2004

Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq “Aztelekom”un internet provayderi yaradıldı.

2014

Müxtəlif təşkilat və qurumlar tərəfindən mükafat və diplomlarla təltif olunan Aztelekom “Consulting & Business” jurnalı tərəfindən təşkil olunmuş müsabiqədə “Rabitə və informasiya texnologiyaları üzrə ilin şirkəti” nominasiyalı mükafata layiq görülmüşdür.

2018

"Caspian Business Award" 2018 Beynəlxalq mükafatının təqdimetmə mərasimində Aztelekom “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layıq görülüb.

2025

“Aztelekom” MMC 2025-ci ildə 3 müxtəlif nüfuzlu beynəlxalq mükafata - “Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award”, “Gigacity Champion” - layiq görülüb.