“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq. Belə ki, “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.
“Aztelekom” MMC-də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.