“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalandı
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edərək 3751 metr hündürlüyü olan Heydər Zirvəsinə qalxıb.