Aztelekom
Loading
RU

Все новости

“Aztelekom”da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilib

“Aztelekom”da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilib

5 iyunda “Aztelekom” MMC-də Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “Daha yaşıl gələcəyə səyahət” adlı tədbir keçirilib. Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində baş tutan tədbirdə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC və onların tabeli qurumlarının əməkdaşları iştirak ediblər.

“Aztelekom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

Aparılan sorğuların nəticələrinə əsasən, 2024-cü ilin ilk rübündə “Aztelekom”un regionlarda Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) 2023-cü ilin son rübü ilə müqayisədə 21 bal artıb. Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markaya – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib və “Aztelekom” müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

Daima əlçatanlığı və sərfəliliyi artıran, xidmət və məhsullarını inkişaf etdirən “Aztelekom” MMC internetin sürətini artırır. Belə ki, şirkət iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.

“Aztelekom” Masallı rayonunda 20 mindən artıq təsərrüfata yüksəksürətli internetə qoşulma imkanı yaradıb

“Aztelekom” Masallı rayonunda 20 mindən artıq təsərrüfata yüksəksürətli internetə qoşulma imkanı yaradıb

“Aztelekom” MMC Masallı şəhərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Masallı rayonunun İkinci Səmədxanlı, Bədəlan, Yusifli, Dəlləkoba, Çayqıraq, Aşurlu, Dəmirçi, Babaser, Qızılavar, Köhnə Alvadı, Təzə Alvadı, Böyük Kolatan, Bala Kolatan, Meşəkənarı, Böyük Xocavar, Banbaşı, Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərində işlər yekunlaşıb. Masallı şəhər mərkəzində 4538, Masallı rayonunda isə 9857 ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internet xidmətlərindən yararlanır.

Поиск

×