Aztelekom
Loading
RU

Все новости

AİBDNX tərəfindən qəbul edilmiş qərara rəsmi münasibət

AİBDNX tərəfindən qəbul edilmiş qərara rəsmi münasibət

  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Cəmiyyətlər) barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair 24.06.2023-cü il tarixli qərar qəbul edilib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri  üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib.   Həmçinin həmin qərar ilə Cəmiyyətlər tərəfindən göstərilən data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə göstəriş verib və AİBDNX tərəfindən Cəmiyyətlərin hər birinə 16.500 manat maliyyə sanksiyası tətbiq edilib. Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, AİBNDX-nın mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil. Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib.   “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib.   Qeyd olunanlar nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərarın “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub və bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq.    

Tvin TV abunəçilərinin nəzərinə!

Tvin TV abunəçilərinin nəzərinə!

Hörmətli abunəçilər! Son günlərdə bir sıra Rusiya və digər əcnəbi telekanalların xarici yayım siqnallarının ötürmə xətlərində problemlər müşahidə olunur. 

1 milyon ev təsərrüfatının fiber-optik internetə çıxış imkanı yaradılıb

1 milyon ev təsərrüfatının fiber-optik internetə çıxış imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı, Azercell-in baş sponsorluğu ilə Bakıda ilk dəfə 16-17 may tarixində keçirilən “M360 Eurasia 2023” beynəlxalq konfransında mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gəlib. Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparılıb.

Поиск

×