Aztelekom
Loading
RU

Energetika şöbəsinin müdiri

Дата публикации

Departament: Texniki departament
Şobə: Energetika şöbəsi
Vakansiya: Şöbə müdiri (Sumqayıt, Masallı, Şamaxı, Ağdaş və Şirvan şəhərləri)

Əsas vəzifə və öhdəlikləri:

•    Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə   enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün  sənədləri Departament   və  “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin  (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir; 
•    Şəbəkədə istismarda olan texnoloji  avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə  razılaşdırır və icrasına nəzarəti təmin edir.
•    Enerji  şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini;  (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz  olunması vəs. təmin edilməklə);
•    Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik  bağlantıların verilməsinin təşkili;
•    Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
•    AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
•    “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
•    Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və  müəyyən   olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir; 
•    Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması. 
•    Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili; 
•    Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
•    Bina təsərrüfatlı elektrik sistemləri - İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
•    Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
•    Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır,  Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə  razılaşdırır və icrasını təmin edir.
•    Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;


Kvalifakasiya üzrə tələblər və bacarıqlar:

•    Energetika  və ya  Rabitə və İnformasiya Texnologiyaları  sahəsində Ali Təhsilli 
•    Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
•    Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
•    Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını bilməlidir.
•    Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini  bilməlidir;
•    Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
•    Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
•    Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı  şirkətə məxsus avtomobilləri  idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
•    Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa)  malik olmalıdır;
•    Kompyuter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid  programlarını bilməlidir,


İş haqqında məlumat:

•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri/şəhər: Gəncə, Masallı, Şamaxı, Sumqayıt, Ağdaş və Şirvan şəhərləri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər mövzu  hissəsində “Energetika şöbəsinin müdiri” vakansiya adını, müraciət olunan iş yeri/şəhər adı və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 15.07.2023.

 

Поиск

×