Aztelekom
Loading
RU

Baş hüquqşünas

Дата публикации

Özünə və peşəkarlığına güvənən, Hüquq sahəsində müvafiq təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Departament: Hüquq Departamenti
Şöbə: Korporativ hüquqi tənzimləmə şöbəsi
Vakansiyalar: Baş hüquqşünas

Əsas vəzifə və öhdəliklər:

•    Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
•    Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
•    Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
•    Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
•    İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
•    İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
•    Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
•    Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
•    İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
•    Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

•    Ali hüquq təhsili olmalı;
•    Korporativ hüquq sahəsi üzrə ən az 5 (beş) il iş təcrübəsinə malik olmalı;
•    Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
•    Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
•    Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
•    Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
•    Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
•    Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
•    Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
•    Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
•    Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
•    İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

İş haqqında məlumat

•    5 günlük iş rejimi
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər mövzu  hissəsində “Baş hüquqşünas” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.05.2023.

Поиск

×