İnternetdən təhlükəsiz istifadə etmək üçün bir neçə sadə qaydaya riayət etmək kifayətdir. Güclü və unikal parollardan istifadə edin, eyni parolu fərqli hesablarda tətbiq etməyin. Mümkün olduğu hallarda iki mərhələli (2FA) doğrulamadan istifadə edin. İctimai Wi-Fi şəbəkələrinə qoşulduqda bank əməliyyatları və ya şəxsi məlumatlarınızı istifadə etməyin.
Fırıldaqçılıq halları
İnternet fırıldaqçıları çox zaman etibarlı qurum — bank, dövlət orqanı və ya internet provayderi kimi görünərək istifadəçilərin şəxsi məlumatlarını əldə etməyə çalışır. Bu cür cəhdlər e-poçt, SMS və ya telefon zəngi vasitəsilə həyata keçirilə bilər.
Diqqətli olun: Aztelekom nümayəndələri heç vaxt telefon, SMS və ya e-poçt vasitəsilə parolunuzu, bank kartı məlumatlarınızı və ya şəxsiyyət vəsiqənizin nüsxəsini tələb etmir. Belə müraciətlər aldadıcı xarakter daşıyır.
Şəxsi məlumatların qorunması
Aztelekom müştərilərinin şəxsi məlumatlarını Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» qanununa uyğun olaraq toplayır, saxlayır və qoruyur. Məlumatlarınız üçüncü şəxslərə yalnız qanunla nəzərdə tutulduğu hallarda ötürülə bilər. Öz məlumatlarınıza dair hər hansı sualınız varsa, 170 nömrəli çağrı mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.
Şübhəli zəng və ya mesaj aldığınız halda 170 qısa nömrəsinə müraciət edin.