“Aztelekom” MMC “Fasad çöl reklamının hazırlanması, montajı və Azeurotel rebrendinq reklamlarının alınması, quraşdırılması xidmətlərinin satın alınması” məqsədilə açıq tender elan edir.
Loading
RU

“Aztelekom” MMC “Fasad çöl reklamının hazırlanması, montajı və Azeurotel rebrendinq reklamlarının alınması, quraşdırılması xidmətlərinin satın alınması” məqsədilə açıq tender elan edir.

 

Elan tarixi: 15.10.2025-ci il

Ehtimal olunan qiymət: 11.227,90 AZN

        I. 

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 22.10.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

      II.       

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri (əsli) və qiymət təklifi bir zərfdə 29.10.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

     III.       

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 22,46 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın 1-ci bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

 

    IV.       

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr., 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Elvira Həsənova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2205)

Mail: [email protected]

      V.       

Bank təminatı: 115,00 (bir yüz on beş manat sıfır qəpik) AZN

 

    VI.       

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 29 oktyabr 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

 

   VII.       

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

 


 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Fasad çöl reklamının hazırlanması, montajı  və Azeurotel rebrendinq reklamlarının alınması, quraşdırılması xidmətlərinin satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün

 

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

 

 

Bakı şəhəri                                                                                                        “___”_________ 2025-ci il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)


 

Satın alınacaq mallara/işlərə/xidmətlərə dair 

MƏLUMAT

 

Sıra №

Xidmətin adı

Təsviri

Ölçü vahidi

Miqdarı

Baş ofis üçün fasad çöl reklamının hazırlanması və montajı xidməti

1.     

Fasad çöl reklamının (işıqlı qabarıq hərflər) hazırlanması və montajı xidməti

Xidmətin göstəriləcəyi ünvan:  Bakı şəhəri Tbilisi prospekti 107 – baş ofis

Ölçülər – fasadın uzunluğu 9,5 m və hündürlüyü 2 m olmalıdır.

Material – Ön və yan tərəflərdən işıqlandırılmış logo və logotip (Aztelekom yazısı). Ön material-akril (orqsteklo), arxalıq– forex (PVX), işıqlanma - led lampa. Dəmir profillər üzərinə qabarıq hərflər yığılmalıdır. Karkası və reklam materialı hava şəraitinə davamlı, işıqlandırması LED, modulları isə ön tərəfdən bərabər işıqlanan, uzunömürlü və enerji qənaətli olmalıdır.

Rənglər – reklam materialının rəngləri qoşmada yerləşdirən masterfaylda və logobook-da qeyd edilən brend rəng(lər)inə uyğun şəkildə istehsal və çap edilməlidir. Həmin rəng(lər)dən kənar rəngin çap və ya istehsal olunması qəbul edilməzdir.

Dizayn – qoşma faylına əlavə edilmişdir. Hazırlanmağa başlanmamışdan öncə Aztelekom ilə təsdiqlədilməlidir.

Çatdırılma / icra tarixi:  Dizayna əsasən fasad karkası (nümunə görüntüsü) Sifarişçi şöbə tərəfindən təsdiqləndiyi tarixdən ən geci 30 iş günü sonra Təchizatçı tərəfindən hazırlanıb baş ofisə çatdırılmalıdır. Ünvana çatdırılmadan öncə keyfiyyət yoxlanışı üçün Satınalan təşkilatın aidiyyəti şöbəsi ilə əlaqə saxlanılmaldır.

 Layihənin iş həcminə daxildir:

·         Fasadın baş ofis ərazisində montajı və lazımi avadanlıqların təmin olunması;

·         İstehsala başlamazdan öncə baş ofis ərazisində reklamın yerləşdiriləcəyi yerə lazımi avadanlıqlar da daxil olmaqla (ehtiyac olarsa) baxış keçirilməsi və ölçünün istehsalçı tərəfindən tam dəqiqləşdirilməsi. 

 

ədəd

1

Azeurotel rebrendinq reklamlarının alınması və quraşdırılması xidməti

2.     

Çöldəki şüşə lövhə (quraşdırılma daxil)

Şüşə yenilənəcək yeni dizaynda. Üzvi şüşədən hazırlanmış divar lövhəsi (orqsteklo). 4 ədəd vint (yuxarı və aşağıda hərəsində 2 vintlə bərkidilmiş) Lövhənin eni 40 sm, uzunluğu 50 sm

ədəd

1

3.     

Reception
3D daxili reklam (quraşdırılma daxil)

Reception-da yerləşən divara 3D Azeurotel loqosu və aşağısından 3D yazı. Daxili ağ işıqlı reklam. 70 x 120 sm ölçüdə. Arxasında alkopona ehtiyac yoxdur. Hərflər tək-tək 3D çıxıntı formasında.

ədəd

 

1

4.     

Xidməti otağa buz vinil və üzəri çap(quraşdırılma daxil)

Giriş qapısının iki tərəfdən buz vinillə örtülməsi və üzərinə həmin sahənin uzunluğuna uyğun Azeurotel loqosu UV çap.

qapının şüşələrinin ölçüləri:

Üst tərəf: 112 sm (uz.) x 41 sm (en) – Buz vinil üzərində logo

Alt tərəf: 66 sm (uz.) x 41 sm (en) – Buz vinil

Qeyd edək ki, eyni qapıdan 2 ədəddir. Toplam 2 qapıya 4 ədəd buz vinil sahəsi və üzərinə loqo çap.

ədəd

1

 

Azeurotel rebrendinq reklamlarının alınması və quraşdırılması xidməti ilə bağlı tələblər:

·   Çatdırılma və quraşdırılma xidmətə daxil olmalıdır.

·   Müqavilə ikitərəfli imzalandığı gündən icrasına başlanılır və 30 gün ərzində təvhil verilməlidir.

·   Tam dizayn olunmuş nümunə məhsul Satınalan təşkilat tərəfindən təsdiqləndikdən sonra  işlərin icrasına başlanmalıdır.


  Erize - musabiqede istirak ucun.docx

Поиск

×