Bildiriş: “Fasad çöl reklamının hazırlanması, montajı və Azeurotel rebrendinq reklamlarının alınması, quraşdırılması xidmətlərinin satın alınması” üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.
Loading
RU

Bildiriş: “Fasad çöl reklamının hazırlanması, montajı və Azeurotel rebrendinq reklamlarının alınması, quraşdırılması xidmətlərinin satın alınması” üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 15.10.2025-ci il tarixdə “Fasad çöl reklamının hazırlanması, montajı və Azeurotel rebrendinq reklamlarının alınması, quraşdırılması xidmətlərinin satın alınması" üzrə keçirilən açıq tenderin qalibi “ARTMOOD AGENCY" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1803539221, Ünvan: AZ1048, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4042/4060, ev.4, m.125) müəyyən edilmişdir.

Qalib təşkilatın dəyəri ƏDV daxil 9440,00 AZN (doqquz min dörd yüz qırx manat, sıfır qəpik) AZN təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.11. bəndinə əsasən müsabiqənin nəticəsi üzrə 18 noyabr 2025-ci il tarixdən başlayaraq 24 noyabr 2025-ci il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.

Поиск

×