"Veeam Backup & Replication, PRTG Network Monitor və Windows 11 lisenziyaları"nın satın alınması üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.
Loading
RU

"Veeam Backup & Replication, PRTG Network Monitor və Windows 11 lisenziyaları"nın satın alınması üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına  uyğun olaraq  31.10.2025-ci il tarixdə "Veeam Backup & Replication, PRTG Network Monitor və Windows 11 lisenziyaları"nın satın alınması üzrə keçirilən açıq tenderin qalibi R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti  (Ünvan:  AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59;  VÖEN: 9900038351) müəyyən edilmişdir.

Qalib təşkilatın dəyəri ƏDV daxil  1.242,158,86 (bir milyon iki yüz qırx iki min bir yüz əlli səkkiz manat 86 qəpik) AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON-un daxili satınalma qaydalarının 14.11. bəndinə əsasən satınalma üzrə 24.12.2025-ci il tarixdən 30.12.2025-ci il tarixə qədər gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək  (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.

Поиск

×