Elan tarixi: 05.06.2026-cı il Ehtimal qiymət: ƏDV daxil 74.959,89 AZN (yetmiş dörd min doqquz yüz əlli doqquz manat, səksən doqquz qəpik) | |
I. | Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər: §Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur); §Uyğunluq sənədləri; §Qiymət təklifi.
Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 12.06.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına təqdim olunmalıdır. |
II. | Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 22.06.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:
QEYD: Faylın şifrəsi ayrıca və yalnız [email protected] e-mail ünvanına göndərilməlidir.
Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.
Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.
|
III. | İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 149,92 (yüz qırx doqquz manat doxsan iki qəpik) AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. §Hesab nömrəsi: “Aztelekom” MMC-nin VÖEN-i: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bankın VÖEN-i: 9900037711 KOD: 691011 SWİFT: AZPOAZ22 H/H: AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§İştirak haqqı heç bir halda geri qaytarılmır. §Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122, Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Toğrul Aslanov Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 00 00 (2206) Mobil: +994 10 250 50 01 Mail: [email protected] |
V. | Bank təminatı: tələb olunmur |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Müsabiqə üzrə təkliflərin açılışı 22.06.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır. |
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək. |
“Aztelekom” MMC tərəfindən elan edilmiş "Dəftərxana ləvazimatlarının satın alınması” məqsədilə kotirovka sorğusunda iştirak etmək üçün
ƏRİZƏ
(ərizə iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri “___” _______ 2026 cı il
Aztelekom MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
| ||
________________________________ _______________________
A.S.A İmza (möhür)
Satın alınması nəzərdə tutulan malların adı, texniki göstəriciləri, ölçü vahidi və miqdarı haqqında məlumat
S/S | Malın / Xidmətin təsviri | Texniki göstəriciləri | Ölçü vahidi | Miqdarı | |
1 | Masa üstü dəst | 12 predmet (2 qələm, 2 karandaş, silgi, karandaşyonan, xətkeş, qayçı, bıçaq (maket bıçağı), qısqaclar və kağız üçün düymələr) | ədəd | 30 | |
2 | Qovluq | 2 sıxaclı,A4, mavi | ədəd | 50 | |
3 | Qeydiyyat dəftəri (bloknot) | Premium, 100 vərəq, dama, A5, qalın üz qabığı | ədəd | 150 | |
4 | Qeydiyyat dəftəri (bloknot) | Sadə 100 vərəq, dama, A5, qalın üz qabığı | ədəd | 150 | |
5 | Qeyd kağızı | sadə, yapışqansız, qalın, ağ, 8x8 (400 vərəq) | ədəd | 500 | |
6 | Qeyd kağızı | Yapışqanlı,4 rəngli, 76x76 (400 vərəq) | ədəd | 500 | |
7 | Arxiv qovluğu geniş | Qovluq arxiv üçün A4, eni 7sm, göy, Daxilində fayl bərkidici mövcuddur | ədəd | 3000 | |
8 | Arxiv qovluğu dar | Qovluq arxiv üçün A4, eni 5sm | ədəd | 800 | |
9 | Kağız A4 | 80 qr,1 qutuda 5 ədəd | ədəd | 5000 | |
10 | Kağız A3 | 80 qr, bağlamada 500 vərəq | ədəd | 25 | |
11 | Dəftərxana kitabı | A4, 2Q, riyaziyyat, 96vərəq, möhkəm cildli | ədəd | 500 | |
12 | Dəftərxana kitabı | A4, 3Q, riyaziyyat,144 vərəq, möhkəm cildli | ədəd | 500 | |
13 | Dəftərxana kitabı | A4, 4Q, riyaziyyat,192 vərəq, möhkəm cildli | ədəd | 400 | |
14 | Stepler | 26/6 böyük, keyfiyyətli, korpusun materialı: metal, növü: mexaniki | ədəd | 200 | |
15 | Stepler içi | 26/6 stepler içi, İç sayı: 1000 ədəd | ədəd | 500 | |
16 | Yapışqan | 15 qr, Növü:Kağız üçün | ədəd | 800 | |
17 | Fayl şəffaf | A4, 40 mic, bir bağlamada 100 ədəd | ədəd | 2500 | |
18 | Stepler | 10 nömrə balaca, keyfiyyətli, material: plastik, növü: mexaniki | ədəd | 150 | |
19 | Stepler içi | 10 nömrə balaca stepler içi | ədəd | 500 | |
20 | Lövhə üçün silgi | maqnitli, materialı: süngərli, Ölçü: 70x40x20mm | ədəd | 100 | |
21 | Ayrıc plastik rəngli pet | "imza üçün" yazılı, PP Neon,12 x 45 mm,5 x 25 vərəq | ədəd | 900 | |
22 | Ayrıc plastik rəngli pet | imza üçün yazısız, PP Neon,12 x 45 mm,5 x 25 vərəq | ədəd | 900 | |
23 | Marker Qara | lövhə üçün, silinəbilən | ədəd | 250 | |
24 | Marker qırmızı | lövhə üçün, silinəbilən | ədəd | 250 | |
25 | Marker Mavi | lövhə üçün, silinəbilən | ədəd | 250 | |
26 | Qələm göy 0,7 mm | Növü: Diyircəkli,Ucluq:0.7mm,Rəng: Mavi,(keyfiyyətli) | ədəd | 5000 | |
27 | Qələm göy 0,5 mm | Növü: Diyircəkli,Ucluq:0.5mm,Rəng: Mavi,(keyfiyyətli) | ədəd | 5000 | |
28 | Qələm qırmızı | Növü: Diyircəkli,Ucluq:0.7mm,Rəng: qırmızı,(keyfiyyətli) | ədəd | 750 | |
29 | Qələm qara | Növü: Diyircəkli,Ucluq:0.7mm,Rəng: qara,(keyfiyyətli) | ədəd | 250 | |
30 | Qələm gel göy | Növü: gel, Ucluq: 0.5mm, Rəng: mavi (keyfiyyətli) Faber Castel ekvivalenti | ədəd | 200 | |
31 | Məruzə qovluq | A4, dəri | ədəd | 50 | |
32 | Ştamp mürəkkəbi | Rəng: göy, Həcmi, ml: 30, ştamp üçün mürəkkəb | ədəd | 20 | |
33 | Pozan | Ölçü: 50x18x8mm,Çəki: 9.07 qr,Rəng: qırmızı/mavi | ədəd | 150 | |
34 | Batareya AA | AA | cüt | 1000 | |
35 | Batareya AAA | AAA | cüt | 1000 | |
36 | Telli dosya maci eco | C-7730 MAVİ ECO, Format: A4, Material: Polipropilen, Bərkitmə: Sıxacla, Tutumu: 170 fayl | ədəd | 3000 | |
37 | Şəffaf skoç | Kiçik eni 12mm*33mm, Növü: Bir tərəfli yapışqan lent, Materialı: Polipropilen əsaslı | ədəd | 200 | |
38 | Şəffaf skoç | Növü: Bir tərəfli yapışqan lent, Ölçüsü: 45 mm*200 m, Materialı: Polipropilen əsaslı | ədəd | 200 | |
39 | Qayçı | A-743 17sm, Tiyənin materialı: Polad, Korpusun materialı: Plastik | ədəd | 150 | |
40 | Knopka pano üçün | Növü: Pano üçün,qutuda 125 ədəd,Ölçüsü: 30mm | qutu | 50 | |
41 | Sancaq | kağız üçün (skrepka),Ölçü:33 mm, dəstdə say 100 ədəd, rəngi: gümüşü | ədəd | 1000 | |
42 | Ağ lövhə üçün maqnit | ölçü: 30 mm, qutuda 10 ədəd, rəngi: rəngli | ədəd | 20 | |
43 | Ağ yazılı mobil təkərli lövhə | 160x120 | ədəd | 1 |
Təchizatçılar tərəfindən təqdim edilən nümunələrdə tələb olunan məhsullar və onların texniki xüsusiyyətləri tam şəkildə öz əksini tapmalıdır.
Əks halda, yəni təqdim olunan nümunələr tələb olunan xüsusiyyətlərə uyğun gəlmədiyi təqdirdə, təchizatçının verdiyi təklif etibarsız hesab ediləcəkdir.
Erize -Defterxana mallari uzre kotirovkada istirak ucun.docx



