“Aztelekom” MMC " Ölçü cihazlarının satın alınması” üzrə açıq tender elan edir.
Loading
RU

“Aztelekom” MMC " Ölçü cihazlarının satın alınması” üzrə açıq tender elan edir.



“Aztelekom” MMC "Ölçü cihazlarının satın alınması” üzrə açıq tender elan edir.

Elan tarixi: 06.07.2026-cı il

 

Ehtimal qiymət: 236.118,79 AZN (ƏDV daxil)

         I.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§Uyğunluq sənədləri;

§Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 16.07.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

       II.        

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 20.07.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

musaba.babirova@aztelekom.az

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

      III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər350  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§İştirak haqqı heç bir halda geri qaytarılmır.

§Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Müsabə Bəbirova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 00 00 (2202)

Mail: musaba.babirova@aztelekom.az

      V.        

Bank təminatı: 2.362,00 AZN

     VI.        

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 21.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

   VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Ölçü cihazlarının satın alınması” üzrə açıq tenderdə  iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      

Satın alınacaq mallara dair

MƏLUMAT

Fiber-optik xətlərdə baş verən qəzalar zamanı nasazlığın (qırılma, zəifləmə, splice itkiləri və s.) operativ şəkildə təyin olunması və aradan qaldırılması üçün müvafiq ölçü cihazlarının alınması

 

Malların və ya xidmətlərin adı

Texniki tələblər

Miqdar

Ölçü vahidi

 

1

Fiber Optik Ölçü Cihazı

OTDR funksiyası – fiber xətt üzrə qırılma və zəifləmələrin məsafə üzrə təyini

•         Dalğa uzunluqları: minimum 1310 nm və 1550 nm (arzuolunan: 1625 nm live test üçün)

•         Ölçmə məsafəsi: minimum 80–100 km

•         Dead Zone (ölü zona): mümkün qədər aşağı (event ≤1 m, attenuation ≤4 m)

•         Dinamik diapazon: minimum 30–35 dB

•         VFL (Visual Fault Locator): qırılma nöqtələrinin vizual aşkarlanması üçün

•         Optical Power Meter (OPM): optik gücün ölçülməsi üçün

•         Light Source (OLS): test siqnalının verilməsi üçün

•         Connector inspection (opsional): portların vizual yoxlanması

•         Real-time test imkanı (Live fiber testing – 1625 nm filtr ilə)

•         Yaddaş və hesabat: test nəticələrinin yadda saxlanması və PDF/EXCEL formatında çıxarılması

•         Portlar: USB / Ethernet / Wi-Fi (opsional)

•         Batareya müddəti: minimum 18-20 saat fasiləsiz iş rejimi

• Yaddaş 1 GB (tipik olaraq minimum 20.000 OTDR izi)

•         IP qoruma: sahə şəraitində istifadə üçün dayanıqlı korpus (IP54 və ya yuxarı)

          Test kabelləri (launch cable və receive cable)

•         Adapterlər (SC/LC/FC uyğunluğu)

•         Daşıma çantası

•         Şarj cihazı və aksesuarlar

•         İstifadəçi təlimatı və proqram təminatı

•  Şarj göstəricisi

• Test göstəricisi

• Yandır/Söndür

• Ləğv et (söndürmə funksiyaları)

• İstiqamət və doğrulama düymələri

• Nəticələr səhifəsi

• Dinamik

• AC/DC girişi - Enerji təchizatı AC/DC adapteri, 100-240 V AC, 50-60 Hz; maksimum 2 A, çıxış 12 V DC, 24 Vt

•  USB portu

• Vizual nasazlıq lokatoru (VFL)

• Əsas USB portları

• OTDR portu/davamlı işıq mənbəyi/güc ölçən cihaz

• OTDR canlı portu (xidmətdə sınaq)/ikizolaqlı güc ölçən cihaz

• WiFi/Bluetooth seçimləri

 

 TƏLƏBLƏR:

-       Minimum 1 il zəmanət;

 

-       Texniki dəstək və servis xidməti;
Alınacaq cihaz fiber-optik şəbəkədə qəzaların operativ aşkarlanması və aradan qaldırılması üçün istifadəsi təmin edilsin.

-       Avadanlığın iş prinsipi və istismarı qaydaları üzrə yerində mühəndislərə təlim keçirilsin.

 10

ədəd 

 

Ərizə forması-Ölçü cihazları.docx 

Поиск

×